Vüqar Mustafayev: "Qarabağ" bu komandalarla başabaş mübarizə aparacaq gücdədi" MÜSAHİBƏ

13:10 - 30 Avqust 2015

"Rəqabətdən çəkinmək lazım deyil"

 

"Qarabağ"ın gənc futbolçusu Vüqar Mustafayevin Sportal.az saytına müsahibəsi:

 

İlk Avropa Liqası oyununa çıxdın. Təəsüratın necədi?

- Allaha şükür qələbə qazandıq və qrup mərhələsinə vəsiqə qazandıq. Həm qələbəyə sevinirəm, həm də karyeramda ilk dəfə Avroliqa oyununa çıxmağıma. Avropa Liqası oyununda meydana çıxmaq gözəl hissdi.

 

Artıq qrup mərhələsindəki rəqiblər məlumdu. Çox çətin qrupa düşdüyünüzü deyirlər. Sən nə düşünürsən rəqiblər barədə?

- Düzdür, qrupumuzdakı komandalar çox güclüdü. Amma məğlubedilməz komanda yoxdu. "Qarabağ" bu komandalarla başabaş mübarizə aparacaq gücdədi.

 

Gənc futbolçular "Qarabağ"a gələndə tərəddüd edirlər, oynamayıb formanı itirə bilərlər. Sən necə düşünürsən bu barədə?

- Sizinlə razıyam. Mən də bura gələrkən dediklərinizi fikirləşmişəm. Rəqabətdən çəkinmək lazım deyil. Hər şeyin zamanı var. Səbr edib şansını gözləməlisən.

 

Son 2 turda gənc futbolçularla oynayıb qələbə qazanırsız. Səncə komandanın Avropada oynaması gənclərə çempionatda oynamaq üçün şans sayıla bilər?

- Əlbəttə, bu bizim üçün şansdı. Həm oyun təcrübəsi baxımından, həm də fiziki hazırlıq, formada olmağımız üçün. Biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq.

 

21 yaşlılardan ibarət milli komandaya dəvət almısan. Qarşıda 2 çətin oyun var. Bu qarşılaşmalar haqda nə deyə bilərsən?

- Çətin oyunlar olacaq. Bunu hamımız dərk edirik. Yaxşı hazırlaşırıq. Nəticə əldə etmək üçün məksimum çalışıb, əlimizdən gələni edəcəyik.

 

Əsas millinin baş məşqçisi Robert Prosineçki gənclərə şans verir. Qarşıdakı oyunlarda dəvət alacağını gözləyirsən?

- Bu barədə heç nə deyə bilmərəm.

 

Elçin Əli Xan

Xəbər xətti