"Hər şey Cavid Hüseynovun günahsız olduğunu deyir"

18:38 - 31 Avqust 2015

Adəm Məmmədov: "Digər saxlanılanlar arasında elə şəxslər var ki, mərhuma qarşı heç bir zorakılıq etməyiblər"
 
"Bu gün Səbail rayon məhkəməsinin Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin etmədiyi üçün Bakı Apelyasiya məhkəməsinə şikayət etdik, lakin qəbul olunmadı. Amma bundan sonra yenə Cavidin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət verə bilərik. Buna qanun imkan verir".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib. O, digər məsələlərə də aydınlıq gətirib:
 
"İşin hallarından görürəm ki, müdafiə etdiyim şəxs tam günahsızdır. Hər şey bunu deyir, özü də, işin halları da, yazışmalar da. Hakimlər hələlik işin mahiyyəti üzrə baxılmadığına görə ibtidai istintaq getdiyinə görə, hakimlər də bununla bağlı münasibət bildirə bilmir.  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 maddəsinə görə, həbs-qətimkan tədbirinin seçilməsi üçün sübutlar mötəbər olmalıdır. Lakin Cavidə qarşı sürülmüş sübutlar mötəbər deyil. Toplanmış sübutlar onun günahkar olduğunu sübut etmir, buna görə də həbs-qətimkan tədbirinin seçilməsi düzgün deyil. Ona qarşı irəli sürülən ittiham xəbər verməməkdir, lakin Cavidin bu hadisədən xəbəri olmayıb. Digər saxlanılanlar arasında elə şəxslər var ki, mərhuma qarşı heç bir zorakılıq etməyiblər.
 
"Cavidə qarşı irəli sürülən ittihamlarla bağlı araşdırma tam yekunlaşıb. Bu, elə bir maddədir ki, çox araşırılması məqam da yoxdur. Bu proses digər işdən asılıdır. Əslində 2 iş bir-birindən ayrılmalıdır. Belə bir ehtimal da var".

Xəbər xətti