"Qəbələ" daha bir legioner transfer etdi

10:40 - 1 Sentyabr 2015

Derlis Meza Kolli əyalət təmsilçisində

 

"Qəbələ" növbəti transferini gerçəkləşdirib. 
 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda paraqvaylı yarımmüdafiəçi Derlis David Meza Kollini heyətinə qatıb. 


Transfer pəncərəsinin son günündə Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov və argentinalı Fakundo Abel Pereyranı icarə əsasında sıralarına qatan “qırmızı-qaralar” 27 yaşlı paraqvaylı legionerlə bir illik müqavilə imzalayıb. Son iki mövsümdə ölkəmizdə çıxış edən Derlis Bakının “İnter” klubunun formasını geyinib. 


O, Azərbaycan Premyer Liqasında 55 oyun keçirib, 4 qol vurub və iki dəfə çempionatın gümüş mükafatçısı olub. İspaniyanın “Leskala” klubunun (2000-2007) yetirməsi olan Meza Kolli 2013-cü ildə Azərbaycana gələnədək Yunanıstanın “Atromitos” (2007-2010), “Etnikos” (2007-2008, icarə əsasında), “Yannina” (2008-2009, icarə əsasında), “Messiniakos” (2009-2010, icarə əsasında), İtaliyanın “Çezena” (2010-2013) və “Pavia” (2011, icarə əsasında) klublarına çıxış edib.

Xəbər xətti