İcarəyə gedəcək?
Almaniyanın “Ayntraxt” klubu 4 futbolçusu ilə yolları ayıracaq.
Sportal.az xəbər verir ki, "Frankfurter Neue Presse"də yer alan məlumatda, baş məşqçi Armin Fe yay fasiləsində yarımmüdafiəçi Slobodan Medoyeviç, hücumçu Vatslav Kadlets və müdafiəçi David Kinsombi ilə yanaşı, Azərbaycan millisinin qapıçısı Emil Balayevi satılmağa və ya icarəyə verilməyə namizəd sayıb.
Lakin onların heç biri yay transfer dövründə yeni klub tapa bilməyib. Hazırda bu futbolçuların Frankfurtdakı perspektivləri qaranlıqdır. Medoyeviç, Kadlets, Kinsombi və Balayevin əsas heyətə düşmələrinin çətin olduğu bildirilir.
Qeyd edək ki, Emil Balayev 2014-cü il dekabrın 13-də "Ayntraxt"la 1,5 illik müqavilə bağlayıb. O, Almaniya klubuna "Neftçi"dən keçib. (Report)
saytlarin hazirlanmasi