"Qəbələ"nin yeni transferi Yunanıstanda komandasına kömək edə bilməyəcək

14:44 - 1 Sentyabr 2015

Fakundanın müqaviləsində maraqlı şərt
 
"Qəbələ"nin dünən PAOK-un hücumçusu Fakunda Abel Pereyranı 1 illik icarə əsasında heyətinə qatdığı barədə məlumat vermişdik. Lakin hücumçu Avroliqanın qrup mərhələsində PAOK-la səfər matçıda "Qəbələ"yə kömək edə bilməyəcək.
 
Sportal.az xəbər verir ki, komandanın rəisi Səbuhi Səfiyarlı "Xəzər TV"də yayımlanan "Futbol Saatı" verilişində məlumat verib:
 
"PAOK Fakunda Preyeranı bizə icarə verəndə, tələb edirdi ki, o. PAOK-la hər iki oyunda oynamasın. Buna görə də biz ondan imtina etməyi düşünürdük, lakin sonra Yunanıstan təmsilçisi belə bir təklif irəli sürdü ki, onun Bakıda oynamasına icazə versinlər. Yunanıstanda səfər oyununda o, meydanda ola bilməyəcək. Səbəb isə, əgər futbolçu səfərdə fərqlənsə, azarkeşlər meydana axışa bilər və təhlükəsizlik baxımından problem yarana bilər. Biz də bu şərtlə razılaşdıq".
 

Xəbər xətti