Samuel Armenteros: "Qarabağ"la uzun müddət idi ki, danışıqlar aparırdıq"

21:12 - 1 Sentyabr 2015

"Raydell Puponun da yeni klubumda oynadığından xəbərim var"
 
"Qarabağ"ın yeni Samuel Armenteros açıqlama verib.
 
Sportal.az xəbər verir ki, sport7.az saytına danışan 25 yaşlı hücumçu yeni klubuna qoşulacağı günü səbrsizliklə gözlədiyini bildirib:
 
"Qarabağ"la uzun müddət idi ki, danışıqlar aparırdıq. Hər iki tərəf bu transferi reallaşdırmağa çalışırdı. Bildiyiniz kimi, mən "Anderlext"in futbolçusu idim. Transferin reallaşması üçün Belçika klubundan ayrılmağım lazım idi. Təəssüf ki, klubdan ayrılmağımla bağlı bir müddət razılığa gələ bilmirdik. Nəhayət, razılıq əldə olundu və "Qarabağ"la müqavilə imzaladım".
 
O, son Azərbaycan çempionunda iki futbolçunu tanıdğını qeyd edib: 
 
"Hazırda "Qarabağ"da çıxış edən Reynaldonu tanıyıram. O da "Anderlext"in oyunçusu olub. Bundan başqa karyerası ərzində Hollandiyada çıxış etmiş Raydell Puponun da yeni klubumda oynadığından xəbərim var. Onlarla Bakıda görüşmək üçün indidən səbrsizlənirəm. Mən "Anderlext"ə gələndə Reynaldo Belçika klubundan getmişdi. O, doğrudan da çox yaxşı futbolçudu. Oynamaq üçün "Qarabağ"a qoşulacağım günü gözləyirəm. Özümü "Qarabağ" azarkeşlərinə göstərmək üçün səbrsizlənirəm. Hazırda viza məsələsi həll olunur. 2-3 günə Bakıya gələcəm".

Xəbər xətti