Şahin Diniyev: "Bu amil, Xorvatiya millisini arxayınlaşdıra bilər"

15:12 - 2 Sentyabr 2015

"Təbii ki, bu oyunda Xorvatiya favoritdir"

 

Xəbər verdiyimiz kimi, millimiz AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 3-də “Bakcell Arena”da Xorvatiya yığmasını qəbul edəcək. 

 

Sportal.az xəbər verir ki,  "Kəpəz"in baş məşqçisi Şahin Diniyev saytımıza açıqlamasında oyun barədə fikirlərini bildirib:

 

“Norveçlə çətin səfər qarşılaşmasından 1 xalla qayıtmağımız, bu oyuna əlavə motivasiya ilə çıxmağımıza şərait yaradır. Xorvatiya bu oyuna qrup lideri kimi gəlir və onların bu oyunda da xal qazanaraq liderliyi möhkəmlətmək istəyini nəzərə alaraq matçın millimiz üçün çətin keçəcəyini söyləmək olar. Təbii ki, bu oyunda da Xorvatiya favoritdir. Lakin onların ilk oyunda 6:0 hesablı qələbə qazanması rəqib futbolçularda arxayınlıq yarada bilər. Biz məhz bu amildən istifadə edərək bu çətin matçdan xal qazana bilərik.

Prosineçki də rəqibi çox yaxşı yanıyır. Onun bir vaxtlar millidə çalışması və öz həmyerlilərini yaxşı tanıması əlavə üstünlükdür. Belə ki, Prosineçki özünü bu oyunda sübüt etməyə çalışacaq".

Xəbər xətti