"3 qol vursaq da, dayanmayacağıq"
AÇ-2016 seçmə mərhələsində millimiz sabah "Bakcell Arena"da Xorvatiya millisini qəbul edəcək.
Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Niko Kovaç oyunöncəsi mətbuat konfransında qarşılaşma haqda fikirlərini bildirib:
- Sabahkı oyunu həm də Niko Kovaç - Prosineçki dueli kimi qələmə vermək olar?
- Yox, belə qələmə vermək olmaz, biz bir yerdə oynamışıq. Artıq baş məşqçiyik. Sabah 11 nəfər 11 nəfərə qarşı oynayacaq.
- Müsahəbələrinizin birində bildirmişdiniz ki, Foqtsun gedişindən sonra millimizdə dəyişiklik olub. Hansı dəyişiklər olub?
- Millinin oyunlarında müdafiə daha intizamlı oynayır. Lazım olanda yığmanız özündə top saxlayır, lazım olanda hücum edir. Sabah bizi çətin səfər oyunu gözləyir. Sabah hər şey bizdən necə oynamağımızdan asılıdı. Azərbaycan yığması son iki oyunda yaxşı nəticələr qazanıb.
- Sabah Xorvatiya yığması xal itirsə, Kovaç bunu uğursuz nəticə hesab edəcək?
- Həmişə optimist olmuşam. Sabahkı oyunda 3 xal qazansaq, vəsiqəni böyük ehtimalla təmin etmiş olarıq. Komandam da bunu bilir, favorit bizik, 3 xal üçün meydana çıxacağıq.
- Xorvatiya millisi 3dən çox qola vura bilərmi?
- Azarkeşlər meydana qollara görə gəlir. İlk dəqiqədən son dəqiqəyə qədər qol epizodlarımızı dəyərləndirəcəyik. Çalışdığmız qədər çox qol vuracağıq. 3 qol vursaq da, dayanmayacağıq.
saytlarin hazirlanmasi