Avtomobili sürətlə idarə etdiyi üçün polis tərəfindən saxlanıldı

20:18 - 2 Sentyabr 2015

234 km/saatla idarə edərkən radara düşüb

 

İspaniyanın "Rayo Valekano" klubunun futbolçusu Antonia Amaya polis tərəfindən saxlanılıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu avtomobilini sürətlə idarə etdiyi üçün saxlanılıb. Amaya gecə saatlarında Madriddə avtomabilini saatda 234 km/saatla idarə edərkən radara düşüb. Təcrübəli futbolçunun sürücülük vəsiqəsinin bir neçə illik alınacağı və pul cəzası veriləcəyi gözlənilir.

Xəbər xətti