Prosineçki: "Bu, sabahkı oyunla bağlı heç bir problem yaratmır"

20:55 - 2 Sentyabr 2015

"Amma Məhəmməd çox sürətli və emisional oynayır"
 
Sabah AÇ-2016 seçmə mərhələsi qrup mərhələsi çərçivəsində millimiz Xorvatiyanı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında sualları cavablandırıb:
 
"Artıq 10 gündür bir yerdəyik. Biz bilirik ki, sabah bizi güclü rəqib gözləyir. Biz hazırıq. Komandanın məşq prosesindən razı qalmışam. Hazırıq ki, sabah yaxşı oynayıb yaxşı nəticə  qazanaq. Əsas odur ki, yaxşı oyun göstərək.
 
- "Qəbələ" və "Qarabağ"dan milliyə gələn futbolçular sıx qrafiklə oynayıb. Aparıcı oyunçuların yorğun olması Prosineçkinin komandasının oyununa təsir etməyəcək?
-Bu, sabahkı oyunun planı üçün heç bir problem yaratmır. Futbolçular peşəkardır, onların bərpa olunması vaxt var idi. Məşqlərdə də onların çıxışından razı qalmışam. Avroliqada iki klubun olması Azərbaycan futbolu üçün çox vacibdir
 
- Nurlan Novruzov bu dəfə milli komandaya dəvət aldı. Nə dəyişdi?
- Başa düşə bilmirəm ki, hər oyunöncəsi Nurlanla bağlı suallar verir. Sabah Xorvatiya ilə oynayırıq. Ordakı futbolçuların hansı klublarda oynamağı haqda məlumatınız var. İlk günlərdə milli tam heyətlə deyildi, ona görə Nurlanı canlı görmək istədim. 4 gün bizimlə məşqlərə qatıldı. Taktikama uyğun olmamağı qərarımı hələ də dəyişdirməmişəm.
 
- Son zamanlar start heyətdə az oynayan Məhəmməd Mirzəbəyov start heyətdə yer alıb. Amma son 4 Avroliqa oyununda çıxış edən İlqar Qurbanov heç milli komandaya dəvət almayıb. Bunu nə ilə izah edərdiniz?
-Maksim zədəlidi, İlqar Qurbanov ona görə də son oyunlarda forma geyinir. Onun oyunlarını da izləyirəm. Məhəmmədin yeni komandasında çox oynamamğı ilə razıyam. Amma Məhəmməd çox sürətli və emisional oynayır. Sabah onun Perişiçə qarşı uğurlu çıxış edəcəyinə inanıram.
 
- Səhhətinizlə bağlı probleminiz var?
- Xeyr, tam sağlamam. 

Xəbər xətti