"Yəqin fərqi görürsünüz"
Bu gün "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev mətbuat açıqlamasında "Mən "Neftçi"yə gələndə, komandanın 3 milyon borcu var idi" ifadəsini bildirib.
Bu məsələyə klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
"Artıq 1 ildir ki, "Neftçi"də yoxam, doğrusu istər klubun rəsmi saytında yeni rəhbərliyinin mənasız açıqlamalarına, istərsə də bu cür məsələlərə cavab verməkdən yorulmuşam. İstənilən klubda borc ola bilər, maaşlarda aylarla gecikmələr ola bilər, bu da normaldı. Qaldı ki, 3 milyona, bu məsələdə Çingiz Abdullayev kimi nəzərdə tutub, bilmirəm. Bizim dönəmdə maliyyə departmentinin işçiləri hazırda da klubdadır. Abdullayevin bildirdiyi kimi hazırda da sponsor SOCAR-dır. Bu mövzuya onu əlavə edə bilərəm ki, Avroliqada qrup mərhələsinə düşməklə milyonlarla vəsait qazandırmışıq. Bu qrup mərhələsindən başqa bir neçə məqamları da sizə bildirim, Julius Vobayı Ərəbistan klubuna icarə verməklə 400 min dollar qazandırmışıq. Gənc futbolçu Tərlan Quliyevi "Qarabağ"ı 100 min, Rəşad Sadiqova "Xəzər Lənkəran"a verərkən 100 min nəğd təzminatlar almışdıq. Rəşad Sadiqov və Tərlan Quliyev bir neçə aylıq klubdan alacağından da imtina etmişdi və bu da əlavə minimum 150 min dollar qazandırmışdı. Sonra Cavid İmamverdiyevin Türkiyə klubuna icarə verilməsi və maaşlardan imtina etməsindən100 min dollara yaxın vəsait əldə etmişdik. Görürsünüzmü, artıq 1 milyona yaxın pul edir bunlar hamısı. Əgər dedikləri kimidirsə, buyursunlar, 3 milyonun açıqlamasını versinlər.
Əgər bu mövsüm "Mlladost"la oyundan sonra "Neftçi" rəhbərliyini təbrik edirdilərsə, bizi də səfərdə APOEL-lə oyunda sonra təbrik edirdilər. Yəqin fərqi görürsünüz".
Süleymanov Müşahidə Şurasının sədri Çingiz Abdullayevin "Qəbələyə 1 çemodan pulla getmişdik" fikrinə belə münasibət bildirib:
"Biz 2014-cü ildə "Qəbələ"ylə kubokun finalına çıxarkən nəinki bir çemodan pulla, heç çemodanda siçan da yox idi, amma kuboku qazandıq".
saytlarin hazirlanmasi