Böyükağa Hacıyev: "Görünən kəndə bələdçi lazım deyil"

10:19 - 4 Sentyabr 2015

"Onu ora gətiriblər ki..."

 

Bu mövsüm "Neftçi" daha çox uğursuz nəticələrlə yadda qalıb.

 

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev komandasının bugünki durumu haqda Sportal.az-a danışıb:

 

"Neftçi" haqda çox danışmaq istəmirəm, bir atalar sözü deyəcəm, "Görünən kəndə bələdçi lazım deyil". Hacıyev Çingiz Abdullayevin "Mən bura gələndə "Neftçi"nin 3 milyon borcu var idi" ifadəsinə belə münasibət bildirib: "Onu ora borcları bağlamağa gətirməyiblər, o bank müdiri deyil ki, bu işlə məşğul olsun. Onu ora gətiriblər ki, köhnə rəhbərliyin qazandığı nəticələrdən daha yaxşı nəticələr əldə etsin. "Neftçi"nin uğur qazanıb- qazanmayacağını isə zaman göstərəcək",

Xəbər xətti