Çingiz Abdullayev Tahir Süleymanovun ittihamlarına cavab verdi AKTUAL

15:16 - 4 Sentyabr 2015

"Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi"
 
Dünən "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin "Biz Qəbələyə, kubokun finalına 1 çemodan pulla getmişdik ki, futbolçulara mükafat paylayaq" ifadəsinə klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında "Qəbələ"ylə kubokun finalına çıxarkən nəinki bir çemodan pulla, heç çemodanda siçan da yox idi, amma kuboku qazandıq" (Açıqlamanın geniş versiyasını buradan http://sportal.az/?goal=news&id=61782 oxuya bilərsiniz) ifadəsini işlədərək münasibət bildirmişdi.
 
Sportal.az xəbər verir ki, Süleymanovun bu sözlərinə Çingiz Abdullayev klubun rəsmi səhifəsinə açıqlamasında şərh verib:
 
"Tahir Süleymanov çox sağ olsun ki, dediklərimə münasibət bildirməklə borcların yaranma səbəblərini də açıqlamış oldu. Futbolçular 2013/2014-cü il mövsümündə keçirilmiş final oyununa görə müqavilələrində yazılmış mükafatları hələ indiyə kimi də almayıblar. Tahir Süleymanov düz deyir ki, onların çemodanında siçan da yox idi. Futbolçular bu günə kimi də həmin siçanları axtarırlar ki, pullarını alsınlar".

Xəbər xətti