"Komanda dağılmayıb"
Məlum olduğu kimi, I Divizionun növbəti mövsümü üçün püşk atılıb. Siyahıda yer alan komandaların sırasında "Şuşa Qarabağ"ın adı yoxdur. Bir çox mətbuat orqanlarında artıq klubun dağılması ilə bağlı xəbərlər də yayılmışdı.
Bu barədə Sportal.az-a danışan "Şuşa Qarabağ"ın baş məşqçisi Nadir Qasımov məsələyə belə aydınlıq gətirib:
"Komandanın dağılması barədə yayılan xəbərlər tamamilə yanlışdır. Heyətdə heç bir futbolçu komandadan getməyib. Düzdür, bu mövsüm I Diviziona vəsiqəni təmin edə bilmədik. Lakin, bu barədə bir çox yerlərə məktub yollamışıq. Ehtimal var ki, yenidən çempionata dönək. Püşk atılsa da, artıq bir neçə dəfə görmüşük ki, hər hansı bir komanda sonradan mübarizəyə qoşulub. Biz ümidimizi itirməmişik. Onu da qeyd edim ki, bir neçə klubun çempionatda iştirak etmək üçün bank təminatı olmasa da, bizdə bu sənəd var. Ona görə də, 6 illik bir klubun dağılmamamsı üçün əlimizdən gələni edirik".
saytlarin hazirlanmasi