Fransaya ilk bileti İngiltərə qazandı

12:10 - 6 Sentyabr 2015

Sona 3 tur qalmış...
 
AVRO-2016-nin seçmə mərhələsi çərçivəsində 7-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, məhz bu tur gələn il Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı bəlli olub. Belə ki, ev sahibi Fransadan sonra adını AÇ-2016-ya yazdıran ilk komanda İngiltərə millisi olub. Britaniyalılar səfərdə San Marinonu 6:0 hesabıyla məğlub edərək sona 3 tur qalmış qitə çempionatının final mərhələsinə vəsiqəni təmin edib. 
 
Qeyd edək ki, İngiltərə millisi 7 turdan sonra maksimum nəticə göstərən yeganə komandadır. Qrupunun lideri olan ingilislər sona 3 tur qalmış 3-cü sıradakı Estoniya millisini 11 xal üstələyir.

Xəbər xətti