"Hər şey MRT müayinəsindən sonra dəqiq bilinəcək"
Dünən "Bakı" ilə yoxlama matçında "Zirə"nin forvardı Nurlan Novruzovun zədələndiyi, hətta onun ayağında sınığın olduğu barədə məlumat yayılmışdı.
Futbolçunun son durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu Sportal.az-a açıqlamasında məlumat verib:
"Nurlanın ayağında şiş var, artıq futbolçu ilkin tibbi müayindən keçib, həkimimiz ilk müayinədən sonra sınığın olmadığını bildirib. Onun ayağında şiş olduğu üçün tam dəqiq məlumat vermək çətindir, futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu sabah MRT müayinəsindən sonra məlum olacaq",
saytlarin hazirlanmasi