AFFA prezidenti: "Nəticədən narazıyam"

01:56 - 7 Sentyabr 2015

“Düşünürəm ki, bu gün biz 2 xal itirdik”

“Komandamız pis oynamadı”.
 
Sportal.az xəbər verir ki, bu sözləri AFFA Prezidenti Rövnəq Abdullayev deyib.
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Malta ilə qarşılaşan milli komandamızın oyunundan sonra federasiya prezidenti qarşılaşma haqqında fikirlərini bildirib:
 
“Çalışdıq, lakin qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün biz 2 xal itirdik. Qələbə qazanmaq lazım idi. Nəticədən narazıyam. Yaxşı qol şanslarımız olsa da, bundan yararlana bilmədik”.

 

Mənbə: apasport.az

Xəbər xətti