VIII turun matçı
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində 8-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın qolkiperi İbrahim Sehiç və “Qəbələ”nin hücumçusu Ermin Zetsin də çıxış etdiyi Bosniya və Herseqovina millisi doğma meydanda Andorra yığması ilə üz-üzə gəlib. Görüş ev sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Zets start heyətdə meydana çıxaraq 90 dəqiqə mübarizə aparıb. Sehiç isə ehtiyat oyunçular skamyasında əyləşib.