"İstənilən rəqibə qarşı oynamaq artıq çətinləşib"
İtaliya millisinin müdafiəçisi Corco Kyellini komandasının Avro-2016-nın təsnifat mərhələsində Bolqarıstan üzərində qazandığı qələbəsini (1:0) şərh edib.
Sportal.az xəbər verir ki, o bildirib ki, İtaliya yığması Bolqarıstan üzərində çətin qələbə qazanmaqla irəliyə doğru böyük addım atmağı bacardı və indi ən azı həmin nəticəyə Azərbaycanda da nail olmaq lazımdır.
"Avropada istənilən rəqibə qarşı oynamaq artıq çətinləşib. Biz növbəti dəfə bunun şahidi olduq. Lakin, hesab edirəm ki, İtaliya yığması Bolqarıstan üzərində çətin qələbə qazanmaqla irəliyə doğru böyük addım atmağı bacardı. Bununla belə, komandamızın yenə də, öz qapısından qol buraxmaması çox vacibdir. İndi ən azı həmin nəticəyə Azərbaycanda da nail olmaq lazımdır. O zaman qitə birinciliyinə vəsiqə qazanmaq vəzifəsi yerinə yetirilmiş olacaq", - deyə müdafiəçi bildirib. (Report)
saytlarin hazirlanmasi