AÇ-2016-nın seçmə mərhələsində Latviya millisinə səfərdə 2:1 hesabı ilə qalib gələn Çexiya yığması final mərhələsinə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, oyundan dərhal sonra çexlər qitə çempionatının final mərhələsinə yüksəlmək sevincini soyunub-geyinmə otağında qeyd ediblər.
Əsasən də komandanın massajçısı Eduard Poustka sevincini gizlədə bilməyib. Onun başçılığı altında AÇ-2016-nın final mərhələsinin sevincini Çexiya yığması belə yaşayıb.