Ansi Aqolli 90 dəqiqə meydanda olub
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qruplarda növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Albaniya yığması doğma meydanda Portuqaliyanı qəbul edib.
“Qarabağ”ın albaniyalı üzvü Ansi Aqolli 90 dəqiqə meydanda olub. Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə Migel Velozunun vurduğu qol portuqaliyalılara qələbə qazandırıb.
Bu görüşdə albaniyalılar məğlub olmasına baxmayaraq, qitə çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını saxlayır.
Albaniya – Portuqaliya 0:1
Qol: Migel Velozu, 90+2
saytlarin hazirlanmasi