İlkay Gündoğan komandasına qələbə bəxş etdi
AÇ-2016-nın seçmə mərhələsində növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, D qrupunun ən maraqlı oyunu Şotlandiya və Almaniya yığmaları arasında baş tutub.
Görüşün ilk hissəsində qonaqlar iki dəfə hesabda önə keçsələr də, şotlandlar əzmkarlıq sayəsində bərabərkliyə nail olub. Buna baxmayaraq ikinci hissədə ev sahibləri məğlubiyyətdən yaxa qurtara bilməyib. Türk əsilli futbolçu İlkay Gündoğanın vurduğu qol Almaniya millisinə 3 xal qazandırıb.
Şotlandiya – Almaniya 2:3
Qollar: Mats Hümmels, 28-öz qapısına, Ceyms Makartur, 43 – Tomas Mülller, 18, 34, İlkay Gündoğan, 54
saytlarin hazirlanmasi