"İnter" - "Qəbələ" matçının vaxtı dəyişdirildi

16:45 - 8 Sentyabr 2015

Sentyabrın 13-də deyil...

 

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına müraciət edərək, Azərbaycan Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəyi oyunun vaxtının dəyişdirilməsini istəyib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, sentyabrın 12-də keçirilməsinə qərar verib.  

 

Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını  tur çərçivəsində dəyişdirmək hüququna malikdir.

Xəbər xətti