Akinfeyev əlcəklərini azarkeşə bağışladı

02:12 - 9 Sentyabr 2015

Rusiyalı qolkiperin 228-ci “quru oyunu”
 
AÇ-2016-nın seçmə mərhəlıəsində Rusiya millisi səfərdə Lixteynşteyn yığmasına 7:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra rusiyalı kiper İqor Aknfeyev əlcəklərini azarkeşə hədiyyə edib.
 
Bu görüşdə “çərçivəni” toxunulmaz saxlayan qapıçı 228-ci oyununu top buraxmadan tərk edib.
 
Bununla da Akinfeyev qapıçıların “quru oyunlar” sıyahısında 2-ci pilləyə yüksələrək, yalnız əfsanəvi qolkiper Rinat Dasayevdən geri qalıb.        

Xəbər xətti