AÇ-2016-nın seçmə mərhələsində İngiltərə yığması doğma meydanda İsveçrə millisiylə qarşılaşıb.
Sportal.az xəbər verir ki, ilk yarıda rəqibin qapısına yol tapa bilməyən ingilislər ikinci hissədə 2 qol vurub.
İsveçrə yığmasının qapısından ikinci qolu penaltidən Ueyn Runi keçirib. Bu top ingiltərəli forfardın karyerası ərzərində milli komandada 50-ci qolu olub. Matçdan sonra baş məşqçi Roy Hocson soyunub-geyinmə otağında arxasında “50” nömrə yazılmış yığmanın formasını hücumçuya hədiyyə edib.