Tuyqun Nadirov: "Qalib gəlsək, FİFA-dan hesab istəyəcəyik" MÜSAHİBƏ

13:10 - 12 Sentyabr 2015

"Azərbaycanda ilk dəfə əcnəbi futbolçudan təzminat əldə edən klub "Xəzər Lənkəran" olub"
 
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- İndi komandada olan yeni transferlərin taleyi necə olacaq?
- Cəzalı klublar da transferləri 6 ay əvvəldən həyata keçirə bilər Bizim klub da bu futbolçuları transfer edərkən, heç bir qanun pozuntusuna yer verilməyib. FİFA-nın ədalətsizliyi klubu pis vəziyyətdə qoyur. Ötən ay çempionatda 3 turda komanda əlindən gələni etdi. baş məşqçi də bütün planını ona görə qurmuşdu ki, yeni transferlərdən istifadə edə biləcək. Həmin futbolçularla söhbət etmişik və yenə də söhbət edəcəyik. Onlar da inanıram ki, ayın axırını gözləyəcək. onları da başa düşürəm, onlar da oynamaq istəyirlər. Əlimizdən gələni edəcəyik ki, sentyabrın sonuna qədər bu məsələnin həllini tapacağına inanırıq. Haqlı olduğumuza əminik və bu barədə də sübutlarımız var, AFFA da bu məsələyə biganə qalmayıb, maraqlanıb. Əgər haqlı olmasaydıq, AFFA dəstək olmazdı. Hazırda ECA deyilən bir təşkilat var, klubumuz bu quruma üzvdür. Onların hüquqşunası bizə də öz köməkliyini göstərir. Bir neçə il əvvəl 6 xalımız silinəndə, CAS-a müraciət etdik və sonradan FİFA səhvini etiraf etdi. Bu dəfə də belə olacağına əminəm. 
 
- Ruslan Abışov və Vüqar Nadirovun "Neftçi"yə keçidi nə dərəcədə realdır?
- Bilmirəm, mətbuata belə açıqlamalar hardan gedib çıxır. Bu günki gün komandada olan futbolçular heç bir şikayət bildirməyiblər. Sadəcə bizə bir az vaxt lazımdır ki, bu məsələni həll edək. Hazırda biz öz şikayətimizi veririk, CAS məktubu qəbul edəndə, ola bilər ki, FİFA-nın qoyduğu qadağa avtomatik ləğv oluna bilər və son qərara ehtiyac qalmaz.
 
- FİFA-nın "Xəzər Lənkəran"a qarşı hansı qərəzi ola bilər?
- Bu gün qanun onu göstərir ki, "Xəzər Lənkəran" 31 avqustdan sonra istədiyi futbolçunu heyətinə qata bilər. əgər qata bilmiriksə, deməli bu qərəzdir. bu o demək deyil ki, qurumlar arasında hansısa qərəz var. Biz qanuna söykənərək danışırıq. 2011-ci ilin noyabrında Muharemoviç 125 min dollar təzminat istəyib və FİFA-ya müraciət göndərmişdi. Lakin biz də sübut etmişdik ki, futbolçu komandanın heyətinə baxışa gəlmişdi, nə rəsmi müqavilə imzalanmışdı, nə də rəsmi oyunda iştirak etmişdi. FİFA da  futbolçunun bu müracətini absurd adlandırmışdı. Avropada da bir neçə klublar bu cəzalara məruz qalır, bu dəfə bizim haqlı lacağımızı übut edəcəyimizə inanırıq.
 
-Qalin İvanovun FİFA-ya şikayəti məsələsinə aydınlıq gətirərdiniz..
- Futbolçu Qalin İvanov keçən il komandanı özbaşına tərk eləmişdi. Biz ondan, o da bizdən şikayət olunmuşdu. hımin vaxt bir neçə futbolçu cərimələnmişdi və o da bununla razılaşmamışdı və FİFA da onun xeyrinə qərar çıxarmışdı. Bu qərar hörmətlə yanaşırıq.
 
- Qalin İvanov barədə CAS-a şikayət edəcəksiniz?
- Qalin müqavilənin bütün miqdarını və agent haqqını istəyirdi. Bacardığımız qədər qiyməti aşağı salmışıq. Bundan sonra aşağı salmağa çalışmaq risklidir. Qalinin noyabr və dekabr aylarında komandada olmaması nəzərə alınıb. Məbləğ həddindən artıq çox idi, biz onu 200 minə qədər endirdik. Bu barədə CAS-a müraciət etməyəcəyik. 
 
- Bu məsələni klubda transfer məsələləri ilə məşğul olan şəxsin qeyri-peşəkarlığ ilə bağlamaq olar?
- Son 3 mövsümdə komandamız 30dan çox transfer edib. Bu transferlərin də səbəbi yeni baş məşqçilərin təyin olunmasıdır və bu transferlər də baş məşqçinin istəyi ilə həyata keçirilir. Yeni məşqçi də bir neçə futbolçunu istəmir heyətdə, klub da baş məşqçinin istədiyi futbolçuların heyətinə qatıb. 30-dan çox futbolçu komandaya gəlib gedib. 30 futbolçu arasında 2-3 futbolçu ilə aramızda olan mübahisə də böyüdüləsi deyil. Legioner ftbolçular nə olmamış FİFA-ya müraciət edir, əgər bu məsələlərə yerli federasiya ilk növbədə baxsa, bu qədər böyüməz. Belə işlərə FİFA-nın birbaşa baxması klublara da sərf etmir, çünki vaxt uzanır, başqa problemlər ortaya çıxır. Əgər komandaya gələn futbolçuların heç biri zəif deyildi. Bizdə transferi həyata keçirən baş məşqçidir. 
 
- Azərbaycanda 10 komanda var, lakin bu problemlərlə həmişə "Xəzər Lənkəran" üzləşib...
- Bu fikirlə razı deyiləm. 10 ildə bütün cərimələrini toplasaq, digər klubların 5də birini etməz. Elə klub var ki, yarandığı gündən legioner futbolçu transfer etməyib, belə komandanın FİFA-yla nə işi ola bilər ki? FİFA bir neə Avropa komandalarına cəza verir, həmin klubları qeyri-peşəkar adlandırmaq olmaz. Azərbaycanda ilk dəfə əcnəbi futbolçudan təzminat əldə edən klub "Xəzər Lənkəran" olub. Klubu icazəsiz tərk etdiyinə görə, legioner futbolçudan təzminat əldə etmişik.Mübahisəli məsələrdə bəzən elə olub ki, FİFA-da məğlub olub, CAS-da qazanmışıq. Əgər "Xəzər Lənkəran" işini yaxşı bilən hüquqşünaslarla işləməsəydi, FİFA məşhur 6 xala görə bizdən üzr istəməzdi. İş olan yerdə belə problemlər də olmalıdır.
 
- Əgər bu məsələlər müsbət sonlanmasa, bu mövsüm necə olacaq?
- "Xəzər Lənkəran" son illərdə elə mövsüm olmasın ki, iddialı şəkildə çempionata başlamasın. yəni həmişə məşqçi istədiyi heyəti qurub çempionata başlayıb. Biz də yaranmış vəziyyətdən tez çıxmaq istəyirik. Bizim haqlı olduğumuza şübhəmiz yoxdur. Bu məsələlər həll olunduqdan sonra yeni transferlər iddialı çıxışımıza davam edəcəyik. Qalib gəlsək, FİFA-dan hesab istəyəcəyik ki, sizim məsuliyyətsizliyinizə görə, komanda belə uğursuzluğa düçar edib.
 
- Son günlərdə komandanın adı ilə mətbuatda bir neçə məsələlər yazılır?
- Klubda elə bir futbolçu yoxdur ki, maaş ala bilmədiyinə görə komandanı tərk etsin. Amma deyə bilmərəm ki, komandada hər şey idealdır. Ola bilər maaş 3 gün tez, 4 gün gec olsun. Hər bir futbolçunun müqaviləsində qeyd olunur. Əfsuslar olsun ki, bəzən mətbuatda yalnış məlumat yazılır. Bu yaxınlarda Alfred Sankonun FİFA-ya şikayət etməsi barədə xəbərlər gəzirdi, qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik. Əgər qarşılıqlı şəkildə xitam vermişiksə, necə şikayət edə bilər. Fəxri prezident Mübariz Mənsimov hər zaman klubun yanındadır, işlərlə yaxından maraqlanır.  Klubdan olan hər şeşdən fəxri prezidentimizin xəbəri var, onun rəhbərlyi altında bütün işlər görülür.

Xəbər xətti