Dadaşovun komandası darmadağın oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Lukkenvalde"nin qonağı olub. Matç futbolçumuzun komandasının 3:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi