"Mən futbolçuların oyunundan razıyam"
Premyer Liqanın IV turunda “Qəbələ”ni qəbul edən “İnter” 2-1 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
“Mən futbolçuların oyunundan razıyam. Sadəcə, bu cür üstün oyunda məğlub olmaq çox üzücüdür. Biz məğlub olmamalı idik. Legioner limitini nəzərə alaraq, Popoviçi meydançaya buraxmışdıq. Ümumiyyətlə, hakimlərdən narazılığım yoxdur. Sadəcə, bəzi epizodlarda səhvlərlə yadda qaldılar. Qarşıda gələn PAOK oyununa hazırlaşmalıyıq".
saytlarin hazirlanmasi