"Çətin oyunda 3 xalı qazana bildik"
Premyer Liqanın IV turunda “Qəbələ”ni qəbul edən “İnter” 2-1 hesablı qələbə qazandı.
Sportal.az xəbər verir ki, oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:
"Çətin oyunda 3 xalı qazana bildik. İlk hissədə hesab 2-0 olarkən, çox çətin anlar yaşadıq. İkinci hissədə isə vəziyyəti bir qədər düzəltdik, daha çox hücumlar qurduq. Qələbə qazandığımız üçün çox şadam. Oyunçuları təbrik edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Hazırda əsas problem Rauf Əliyevin aldığı zədədir. Onun zədəsi ilə bağlı indi konkret danışa bilməyəcəyəm. Müayinədən sonra hər şey məlum olacaq".
saytlarin hazirlanmasi