"Heyətimiz çox kasaddır"
Premyer Liqanın IV turu “Qarabağ” üçün 3 xal ilə əlamətdar oldu. Sonuncu çempion “Xəzər Lənkəran”ı üstələdi.
Sportal.az xəbər verir ki, oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov bunları qeyd edib:
"Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Bildiyiniz kimi, məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik. Skarlatake və Elşən Rzazadə cəza səbəbindən meydançaya çıxa bilmədilər. Gənc oyunçularımız isə döyüşdülər. Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib oyunları layiqli şəkildə oynayaq. Heyətimiz çox kasaddır. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdir. Vurğulayım ki, komandanı toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə “Qarabağ”a qarşı oynayıb. Bax o zaman “Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı”.
saytlarin hazirlanmasi