Rəşad Sadiqov: "Borussiya"nı çıxmaq şərti ilə..."

11:19 - 13 Sentyabr 2015

"Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq"

 

Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "İnter"ə 1:2 hesabı ilə məğlub olan "Qəbələ"çempionatda ilk məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov oyun və Avropa Liqası haqda maraqlı fikirlər səsləndirib:

 

"İnanıram ki, bu gün aldığımız məğlubiyyət PAOK-la oyunda əhvalımızı korlamaz. Avrokubok oyunları çempionat oyunlarından tam fərqlidir. Qrupdan çıxmaq istəyiriksə, ev oyunlarını qələbə ilə başa vurmalıyıq. Ona görə də, PAOK-la qarşılaşmada meydana yalnız 3 xal üçün çıxacağıq. Komandada özünəinam hissi böyükdür. Yer aldığımız qrupda Dortmund "Borussiya"sını çıxmaq şərti ilə digər iki komanda ilə eyni gücdəyik. Bir dəfə qrup mərhələsi həyəcanı yaşamışam. Çalışacağam ki, bu dəfə komandamla birlikdə qrupdan çıxaq. Bunun üçün əlimizdən gələni edəcəyik".

Xəbər xətti