Komitənin qərarları
İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının IV turunun “Rəvan” – “Neftçi” matçının 56-ci dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Aylton Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 6, “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur.
Oyunun 56-cı dəqiqəsində “İnter” klubunun 62 №-li futbolçusu Oleq Kurbatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Kəpəz” – AZAL matçının 50-ci dəqiqəsində “Kəpəz” klubunun 59 №-li futbolçusu Şöhrət Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Rəvan” – “Neftçi” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Sumqayıt” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun 33 №-li futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
saytlarin hazirlanmasi