"Tottenhem" "Qarabağ"la matça bu "11-lik"lə çıxacaq

17:35 - 15 Sentyabr 2015

Baş məşqçi 4-2-3-1 taktiki sxeminə üstünlük verəcək
 
“Tottenhem” klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyuna hansı heyətlə çıxacağı böyük ölçüdə dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatı ehtimal “11-liy”i yazıb. Həmkarlarımızın fikrincə, 4-2-3-1 taktiki sxeminə üstünlük verəcək baş məşqçi Maurisio Pokettino bu heyəti meydana buraxacaq: Mişel Vorm, Yan Vertongen, Tobi Alderveyreld, Denni Rouz, Kiran Trippyer, Tomas Kerroll, Erik Dayer, Aleks Pritçard, Erik Lamela, Bamidele Alli, Harri Keyn.
 
Qeyd edək ki, sentyabrın 17-də “Uayt Hart Leyn” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:05-da start götürəcək. (Apasport.az)

Xəbər xətti