Limam Seydinin meneceri: "İki klubumuz futbolçu ilə yaxından maraqlanır"

00:07 - 17 Sentyabr 2015

"Həmin klublar da "Xəzər Lənkəran"da olan maliyyə şərtlərini təklif edə bilmirlər"
 
Son günlər mətbuatda geniş yer tutan məsələlərdən biri də "Xəzər Lənkəran"ın yeni transferi Limam Seydinin yeni klubunda məlum transfer qadağasına görə oynaya bilməyəcəyi üçün başqa komandalara transfer olunmasıdır.
 
Bu məsələ haqda futbolçunun meneceri Erkin ibrahimov Sportal.az-a açıqlamasında danışıb:
 
"Seydi hazırda Lənkəranda öz məşqlərini davam etdirir. Hələlik ayın sonunu, CAS-ın qərarını gözləməkdən başqa çarə yoxdur.  Əgər CAS-dan müsbət cavab gəlməsə, ümid edirəm başqa komandalara icarə məsələsi alınar. Seydi elə bir hücumçudur ki, istənilən kluba kömək edər”.
 
İbrahimov hazırda iki komandanın da hücumçu ilə yaxından maraqlandığını bildirib:
 
"2 klub Limamla yaxından maraqlanır. Sadəcə həmin klublar da "Xəzər Lənkəran”da olan maliyyə şərtlərini təklif edə bilmirlər"

Xəbər xətti