Skarlatake: "Onlar xüsusən "Neftçi" ilə oyunlarda bizə çox kömək edirlər" MÜSAHİBƏ

01:02 - 19 Sentyabr 2015

"Biz bu oyunun onlar üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük"
 
"Xəzər Lənkəran"ın aparıcı futbolçularından Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi:
 
- UEFA-nın məlum qərarından sonra komanda qışa qədər yeni  transferlərdən istifadə etməyəcək. Bu qərar sizlərə necə təsir etdi?
- Əlbəttə, bu qərar bizə pis təsir etdi, ancaq inamım var ki, CAS-da bu haqda ədalətli qərar qəbul ediləcək və biz bu problemi həll edib yeni transferlərimizin xidmətindən  istifadə edəcəyik. Ancaq hazırkı duruma görə, bizim üçün qələbələr qazanıb ilk “3-lük”də yer almaq çox çətin olacaq.
 
- Sabah əzəli rəqibiniz “Neftçi”  ilə qarşılaşacaqsınız...
- Komandada oyunöncəsi ab-hava yaxşıdır.  Hamımız bu oyunu səbirsizliklə gözləyirik.
 
- Bu oyunda gənc futbolçularla mübarizə aparacaqsınız, bu prinsipial matçda belə heyətlə hansı nəticə əldə etmək olar?
- Bəli, qalib gəlmək çətindir, amma imkansız deyil.  Bizim heyətdə gənc istedadlı futbolçular çoxdu. Biz meydanda “Neftçi”dən daha çox “işləməli” və hər bir nöqtəsində sona qədər vuruşmalıyıq.  Əminəm ki, bizə lazım olan sərfəli nəticəni qazanacağıq.
 
- Bu oyunda yenə azarkeşlər sizə kömək edə bilməyəcək...
- Əlbəttə, bizim üçün  yaxşı hal deyil. Onlar xüsusi ilə, “Neftçi” ilə oyunlarda bizə çox kömək edirlər. Biz də əlimizdən gələni edəcəyik ki, onlara yaxşı nəticə hədiyyə edək. Biz bu oyunun azarkeşlərimiz üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük.
 
- “Neftçi” ilə son oyunlarda qol vurmaqla yadda qalmısan. Bu oyunda qol vuracağına söz verirsən?
- Azarkeşlərə söz verirəm ki, fərqlənmək üçün əlimdən gələni edəcəm. Qol vursam , azarkeşlərə həsr edəcəm.  Azarkeşlər bizim üçün çox önəmlidir.
 
Yusif Hüseyn

Xəbər xətti