Türkiyə PTT 1-ci Liqasının 5-ci turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb. Futbolçumuzun komandası öz meydanında "1461 Trabzon"u qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kamran Ağayev altı dəqiqə ərzində qapısından üç top buraxıb. Matçın 62-ci dəqiqəsində Artarslan, 65-də Kokoc, 68-də isə Aruqin Kamranı məyus edib.