"Böyük oyun"da qalib müəyyənləşmədi, "Qarabağ" qalib gəldi YENİLƏNİB

22:51 - 20 Sentyabr 2015

V tur davam edir
 
Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib.
 
Günün ilk qarşılaşması Gəncədə baş tutub. Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olub. Ağdam təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanıb.
 
Turun mərkəzi qarşılaşmasında "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edib. Bu görüşdə isə qalib müəyyənləşməyib. 1:1
 
Qeyd edək ki, Premyer Liqada 5-ci tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
 
 
20 sentyabr
 
16:30. “Kəpəz” – “Qarabağ” 2:3
Qol: Bəxiyar Soltanov,49, Şəhriyar Rəhimov, 90+4 - Coşqun Diniyev, 38 (p), Samuel Armenteros,50, Elvin Məmmədov,75 (p)
 
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elman Musayev, Munis Abdullayev
Gəncə şəhər stadionu
 
 
 
21:00. “Neftçi” – “Xəzər Lənkəran” 1:1
Qol: Araz Abdullayev,58, - Rahid Əmirquliyev,60
 
Qırmızı vərəqə: A. Skarlatake,56
 
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu
 

Xəbər xətti