Araz Abdullayev: "Hansı tərəfə vuracağımı bilirdim, amma..."

00:01 - 21 Sentyabr 2015

"Samir Əliyev mənə dedi ki..."

 

Premyer Liqanın V turu “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə ələmatdar oldu. “Bakcell Arena”da keçirilən oyun 1-1 hesabı ilə başa çatdı.


Sportal.az xəbər verir ki,  "Böyük oyun"dan sonra "Neftçi"nin kapitanı Araz Abdullayev CBC kanalına açıqlama verib:


"Bu oyuna 3 xal qazanmaq üçün çıxmışdıq. Doğurdan da, qələbə qazana bilmədiyimizə görə çox təəssüflənirəm. Rəqib də azlıqda qalmışdı. Əlimizə yaxşı fürsət düşmüşdü, lakin bunu reallaşdıra bilmədik. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq. Penaltidən qolu vura bilmədiyimə görə də çox təəssüflənirəm. Hansı tərəfə vuracağımı bilirdim. Amma qapıçı bunu oxudu. Fasilədə də baş məşqçimiz Samir Əliyev mənə dedi ki, bu oyundu hər şey ola bilər. Fikir etmə. Oyuna davam et".

Xəbər xətti