"Həmin epizodda qapıya zərbə vurmaq kimi fikrim yox idi"
"Bu oyunda 3 xal qazanmaq istəyirdik. İlk hissədə komandamızın oyunu alınmadı, ikinci hissə toparlanmışdıq ki, yaxşı oyun göstərək. Skarlatake qırmızı vərəqə alaraq komandanı pis vəziyyətdə qoydu. Bu ilk dəfə deyil. Bunu da oyundan sonra müzakirə edəcəyik. "Neftçi" bu oyunda qalib də gələ bilərdi. Bu bir xalı 3 xala bərabər saymaq olar. Əgər hesabı tez bərabərləşdirməsəydik, bizim üçün çox ağır olardı. 10 nəfər qaldıqdan sonra da, əks-hücumlarda epizodlar yarada bilirdik".
Bu sözləri "Neftçi" ilə oyunda fərqlənən "Xəzər Lənkəran"ın futbolçusu Rahid Əmirquliyev Sportal.az-a açıqlamasında bildirib. O, vurduğu qola da belə şərh verib:
"Açığı, həmin anda cərimə meydançasına ötürmə etmişdim, yəni qapıya zərbə vurmaq kimi fikrim yox idi. O da qol oldu. Çempionat hələ tez başlayıb, qarşıdakı oyunlarda da əlimə düşən fürsətlərdən istifadə edib daha çox qol vurmaq istəyirəm".
saytlarin hazirlanmasi