"Xəzər Lənkəran"ın futbolçusundan Ramosa: "Adamın gərək kişiliyi olsun"

16:24 - 21 Sentyabr 2015

"Bizə qarşı haqsızlıq var idi"

 

"Biz 11 nəfərə qarşı yox, 17 nəfərə qarşı 10 nəfərlə mübarizə apardıq". 

 

Sportal.az  xəbər verir ki, bu sözləri avrofutbol.com saytına açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Kamran Abdullazadə deyib.

 

O, Azərbaycan Premyer Liqasının 5-ci turunda "Neftçi" ilə 1:1-lik heç-heçəni şərh edib: "Çox maraqlı oyun oldu. Biz artıq öyrəşmişik ki, "Neftçi" ilə hər oyunda futblçularımıza qırmızı vərəqə göstərilsin. 11 nəfərə qarşı yox, 17 nəfərə qarşı 10 nəfərlə mübarizə apardıq. Erik Ramos isə Azərbaycanın ən artist futbolçusudur və əlindən hər şey gəlir. Orxan topu meydandan çıxardı, çünki zədəli idi. Ramos isə "Fair Play" qaydalarına əməl eləmədi və topu bizə qaytarmadı. Adamın gərək öz kişiliyi olsun. Hər kəsdə gördü ki, Rəhim Həsənov ilk dəqiqələrdən sarı vərəqələri “paylayırdı”. Bizə göstərilən sarı vərəqə epizodlarını eynisini "Neftçi" də edirdi, amma hakim əlini cibinə atmırdı. Onsuz hamımız bilirik ki, hakimlər bizi sıxırlar. Bizə qarşı haqsızlıq var idi. Gələcək oyunlarda da əlimizdən gələni edəcəyik".

Xəbər xətti