Gənclər Olimpiya kompleksinin stadionuna buraxılmır
Bu gün saytımızın redaksiyasına Quba rayonun Bağbanlı qəsəbəsinin vətəndaşı tərəfindən məktub daxil olub.
Sportal.az xəbər verir ki, məktubda stadion çatışmazlığından, Quba şəhər Olimpiya kompleksinə gənclərin buraxılmamasından şikayətlənib.
Həmin məktubu təqdim edirik:
"Mən Quba rayonu, Bağbanlı qəsəbəsində yaşayıram. Qəsəbəmizin stadionu var, amma tam yararsız vəziyyətdədir..Qəsəbədən ölkəmizin bir çox klublarında top qovan,futzal üzrə milli komandamızın uzvu Əlisanov Vüqar kimi, hal-hazırda Baki klubuna məxsus 1997 - ci il təvəllüdlü Sabir Əlisanov,müqavilə ilə "İnter" klubuna məxsus olan Şahlar Şeydiyev və s. Kifayət qədər tanınmış futbolçular var. Amma hal-hazırda gənclərin futbola olan marağı həddən artıq azalıb.Buna da səbəb birbaşa stadionun tam yararsız olmasıdır.Bağbanlı qəsəbəsi 9 qat Quba çempionu ve bir çox turnirlərin qalibi olub.
Bizim ətraf 4-5 kənddə də stadionlar yararsızdır.Quba Olimpiya Kompleksinin stadionuna girişə isə icazə verilmir. İcazə verilsə, belə ora gedib- gəlmək çox da əlverişli deyil.
Əminik ki, bölgə futbolunun inkişafı üçün ayırdığınız diqqət bizim rayon futboluna öz töhfəsini verəcək".
İmza: Xanbala Daşdı
saytlarin hazirlanmasi