Qurban Qurbanovdan peşəkarlıq dərsi AKTUAL

21:14 - 4 Oktyabr 2015

Elvin Məmmədov penaltini qəsdən yerinə yetirmədi
 
Bu gün Premyer Liqanın 7-ci turunda "Qarabağ" səfərdə "İnter"i 2:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, matçın son dəqiqələrində baş hakim Elvin Əsgərov "İnter"in qapısına mübahisəli penalti təyin edir və qolkiper Georgi Lomayaya qırmızı vərəqə verərək meydandan qovur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə bu mübahisəli qərara görə, futbolçusu Elvin Məmmədova penaltini qeyri-dəqiq yerinə yetirməsini tapşırır. Futbolçu qəsdən topu qapı üzərindən çölə vurur. Qurban Qurbanovun bu addımı meydanda olan hər kəs tərəfindən alqışla qarşılanıb.
 
Qeyd edək ki, "Qarabağ" bu qələbədən sonra yenidən liderliyə yüksəlib.

Xəbər xətti