"İnter"in futbolçusu: "Baş məşqçi ağzında bu sözü deyir, amma hakimlərə xeyri yoxdur"

00:07 - 5 Oktyabr 2015

"Elvin Əsgərov hər söyüş söyənə qırmızı verir?"
 
"Oyun haqda hər şey göz qabağındadır. Penalti epizoduna gəldikdə isə, ötən həftə Qurban Qurbanovun özü dedi ki, bizə belə kömək lazım deyil. Baş məşqçi ağzında bu sözü deyir, amma bunlara, hakimlərə yenə xeyri yoxdur. Haqlı penalti olsaydı, Qurban Qurbanov deyərdi ki, "çölə vur"?. 
 
Bu sözləri "Qarabağ"la oyunda baş vermiş məlum penalti məsələsinə şərh verən "İnter"in futbolçusu İlkin Qırtımov Sportal.az-a açıqlamasında bildirib. O, matçın baş hakimi Elvin Əsgərovun qırmızı vərəqəni yalnış yerə göstərdiyini də bildirib:
 
"Qarabağ" oynadı və layiqli qələbə qazandı. Bizim həvəsimiz var idi ki, sonlarda hesabı 1:1 edək. Amma penalti epizodunda bizim futbolçuya qırmızı vərəqə verdi ki, söyüş söyür, Elvin Əsgərov hər söyüş söyənə qırmızı verir? Vermir axı, adlı sanlı futbolçular söyüş söyəndə deyir ki, sakit oyna. Belə haqsızıq olmaz axı".

Xəbər xətti