Ən çox yenə Gəncədə...
Premyer Liqanın VII turu keçirilən 5 matçla araxada qalıb.
Sportal.az xəbər verir ki, həmin 5 matçda ümumilikdə 22 min 900 azarkeş stadiondan oyunu izləyib. Ən çox azarkeş Gəncədə qeydə alınıb. Belə ki, keçirilən "Kəpəz" - "Sumqayıt" (3:1) matçında 18 min izləyici olub.
"İnter" - "Qarabağ" (0:2) matçında 1800, "Qəbələ" - "Xəzər Lənkəran" (6:0) oyununda 1500, "Zirə" - "Neftçi" (2:0) qarşılaşmasında isə 1300 azarkeş stadiondan oyunu izləyib. Ən az azarkeş isə 300 nəfərlə AZAL - "Rəvan" (1:0) matçında olub.
saytlarin hazirlanmasi