Antonie Konte: "Azərbaycan yığması ilə oyun çətin keçəcək"
İtaliya millisinin baş məşqçisi Antonie Konte milli komandamızla keçirəcəyi matçla bağlı yerli mətbuata açıqlamalar verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın çətin keçəcəyini vurğulayıb:
"Azərbaycanla oyuna çox ciddi hazırlaşırıq. Matçın çətin keçəcəyini bilirik. Azərbaycan millisi yaxşı komandadır. Noveç və Xorvatiya ilə matçlarda uduzmadıqlarını qeyd etməliyəm. Bu matç bizim üçün asan olmayacaq. Əlbəttə, məqsədimiz qələbə qazanıb, "AVRO-2016"-nın qrup mərhələsinə vəsiqəni təmin etməkdir".
Qeyd edək ki, Azərbaycan - İtaliya milli komandalarının qarşılaşması 10 oktyabr saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi