"Qarşıdakı oyunlarda da belə hallar olsa, eyni qərar verəcəm"
Son iki gündür, "İnter" - "Qarabağ" matçında "İnter"in qapısına təyin edilən penaltinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun futbolçusu Elvin Məmmədova tapşırığından sonra, Ağdam təmsilçisi penaltini qeyri-dəqiq yetirməsi kifayət qədər müzakirə edilir.
Sportal.az xəbər verir ki, Qurban Qurbanov bu haqda "Xzəər TV"də yayımlanan "Futbol Saatı" verilişində münasibət bildirib:
"Bu epizoda oyunun gedişatına görə qərar verdim. Burda nə hakimlərə hörmətsizlik, nə də başqa bir fikirdən söhbət gedə bilməz. 90 dəqiqədə oyun idarə etmək asan deyil, bəzən görülməyən və yalnıış qərarlar da ola bilər. Həmin epizod gözümün önündə oldu, bir neçə futbolçudan, sonda Riçard Almeydadan soruşdum, o da dedi ki, Lomaya ilk olaraq topa toxunub.
Son vaxtlar bu penalti epizodları çox mübahisə olunur. Hətta məğlub olsaq da, hər hansı bir epizodda 99 faiz penalti olub 1 faiz olmasa da, bizim leyhimizə penati təyin edilməsin. Qarşıdakı oyunlarda da belə hallar olsa, belə qərar verəcəm. İstəməzdim, hər qərarlar bu qədər müzakirə edilsin. Həmin anda olan bir qərar verdim. Epizod əks-hücumda oldu, uzun ötürmə oldu,hakimin bu topa çatması bir az çətin idi. İnşallah, indidən sonra penalti vurmarıq. Belə epizod olmasın, söz-söhbətlərə son qoyulsun. Amma bu o demək deyil ki, nəysə sübut etmək istəyirik. Sadəcə istəmirik, başqa komandanın haqqına girək.
saytlarin hazirlanmasi