"Stok Siti" futbolçusunun anası Məkkədə faciə zamanı ölüb

01:43 - 7 Oktyabr 2015

Faciə zamanı həm bacısı, həm də anası orda olub
 
İngiltərə Premyer Liqasında çıxış edən "Stok Siti" klubunun hücumçusu Mame Biram Diufun anası Qnilane Diuf Məkkədə Həcc ziyarəti zamanı yaranan basırıqda dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, faciə zamanı seneqallı futbolçunun bacısı da anasının yanında olub, lakin kiçik zədə ilə ötüşüb.Məkkədə faciə sentyabrın sonlarında baş verib. Yaranan basırıq zamanı ölənlərin sayı 769 nəfər təşkil edib. (Report)

Xəbər xətti