"Heç o yağışda çoban itini çölә buraxmır"
Bu gün Azәrbaycan Kubokunun püşkatması keçirilib.
Sportal.az Qafqazinfo-ya istinadən xәbәr verir ki, AFFA-nın İnzibati binasında baş tutan tәdbirdә öncә Peşәkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib.
O, püşkatma vә komandalar haqqında fikirlәrini bildirib: "Bu gün püşkatma mәrasiminә görә hәr birinizi tәbrik edirәm. Arzu edirәm ki, layiq komanda qalib olsun. Çalışacağlq ki, әdalәti qoruyaq. Bәzәn sәhvlәr olur. Onları rәhbәrlәrin boynuna yıxırlar. Çalışacağıq ki, problem olmasın. Keçәn mövsüm final oyununda problem yaşanmadı. İstәyirik ki, bu il dә elә olsun. Bәzәn deyirlәr ki, hakimlәr tapşırıqla işlәyir. Bunlar yalandır. Hakim dә insandır. O da səhv edә bilәr. Üç gün öncә hakimlәrlә görüşdük, söhbәt etdik. Hәr bir hakim epizod haqqında fikrini bildirdi. Hakimlәr hәrәsi bir fikir bildirdi. Amma qәrar bir dәnә olmalıdır.
Әksәriyyәtiniz futbol oynamısız vә bilirsiz ki, hakim ani qәrar vermәlidir. Biz isә montior arxasında oturub baxırıq. Mәn hakimlәrә bәraәt qazandırmıram. Çalışırıq ki, yaxşı olsun. Hadisә olanda onu başqa yerә yönәltmәk lazım deyil. Heç bir hakim oyuna tapşırıqla getmir. Yeni rәhbәrlikdәn sonra ümumiyyәtlә belә şey olmayıb. Gәlin olmayan şeyi danışmayaq. Bәzәn klub rәhbәri zәng vurur ki, Ramin müәllim filan komandanı qabağa çәkirlәr. Adamın gülmәyi gәlir. "Qarabağ"a kömәk edildiyi deyilir. O gün verilişdә hakimlikdәn ancaq danışdılar. Әgәr yaxşı mütәxәssissә, oyundan, futbolçudan danış. Hakimin sәhv etdiyini hamı bilir. Bunu şişirtmәk lazım deyil. Bütün klublar burdadır. Hazırda fasilәdir, vaxt var. Oyunçuları yığın, söhbәt edin. Futboldan sual verin. Yersiz vәrәqәlәr alınır. Bunun bizә xeyri olsa da, belә pul lazım deyil".
PFL prezidenti "Azәrbaycan kubokuna sponsor tapılmadı?" sualına "Axtarmadıq. Ehtiyac yox idi"- deyə cavab verib.
Musayev suallara cavab olaraq bildirib ki, kubokun yayımı "CBC Sport" kanalı həyata keçirəcək. O bildirib ki, hәr kәs bu yayımdan razıdır.
"Birinci divizionun yayımı olacaq?" sualına isə belə cavab verib: "Çalışacağıq ki, birinci divizon da, hәvәskarlar liqasının da yayımı olsun".
Jurnalistin "Bir dәfә demişdiz ki, nәzaman istәsәniz, Xaqani Mәmmәdova sual verәbilәrsiz. Amma onu tapa bilmirik" fikrinə cavab olaraq Musayev deyib: "Sözü demişәm, üstündә durmağa hazıram. İstәyirsiz çağırım, burda sual verin".
""İnter" - "Qarabağ" oyunundakı epizod penaltidir?" sualına cavabında PFL prezidenti deyib: "Biz hakimlәrlә dә danışdıq vә bәzilәri penaltidir dedi, bәzilәri yox. Mәnim fikrimcә, penaltidir. Qurban Qurbanov da 50-50-yәdir deyir. Qurban Qurbanovun hәrәkәtinә gәlincә, özünә hörmәt edәn adam onu yaxşı qarşılayar. Bu, dikbaşlıq deyil. Biz Qurban Qurbanovla ailәvi dostuq. Onun uşaqları mәnә baba deyir. Babaları rәhmәtә gedib, amma, deyirlәr, "bizim Ramin babamız var".
"Tottenhem" - "Qarabağ" oyununda rәqib 3-cü qolu vurarkәn qayda pozuntusu oldu, hәmin epizodda hakimi söydüm. Әgәr iki klubumuz Avropa Liqasında çıxışını davam etdirirsә, burda hakimlәrin dә әmәyi var. "Qәbәlә" vә "Qarabağ" rәhbәrliyi "sağ olsunlar ki" yaxşı komanda yaradıblar.
Vaxt olub ki, hakimә tapşırıq veriblәr ki, oyunda bunu et. Mәn "Neftçi"dә işlәyәrkәn başımıza Tovuzda nә oyun açdılar. Keçmiş AFFA rәhbәrliyi tapşırıq vermişdi ki, "Turan"ı çempion edin.
Qurban Qurbanov yaxşı futbolçu olub, yaxşı da mәşqçidir. O din adamıdır. Hәmişә "İnşallah", "Maşallah"la danışır. Biz onunla işdәn kәnar görüşdük. Soruşdum ki, "Qurban bunu niyә etdin?". Cavabı belә oldu ki, "Hakim gәnc hakimdir. İstәmәdim problem olsun". Gәncәdә "Kәpәz"lә oyunda "Qarabağ"ın lehinә 2 penalti verilmişdi. Hәr ikisini "Qarabağ" qol vurmuşdu".
"Azәrbaycanda futbola maraq azdır" fikrinə gəlincə PFL prezidenti deyib: "Siz belә deyirsiz deyә azdır".
"Qәbәlә" - "Xәzәr Lәnkәran" matçı maraqlı olsa da, 1000 azarkeş gәlmişdi" sözünə Musayev belə cavab verib: "Heç o yağışda çoban itini çölә buraxmır".
saytlarin hazirlanmasi