"Mövsümün bitməsinə çox var"
"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Almaniya mətbuatına açıqlamalar verib.
Sportal.az xəbər verir ki, Özil açıqlamalarında "Arsenal" Premyer Liqanın qalibi ola biləcəyini vurğulayıb:
"Çempionatda işlər qaydasındadır. Fikrimcə, "Arsenal" bu mövsüm İngiltərə Premyer Liqasının qalibi ola bilər. Bunu bacara biləcək gücdəyik. Əlbəttə, çempionatın bitməsinə çox var. Hələ heç nə bəlli deyil".
Qeyd edək ki, "Arsena" İngiltər Premyer Liqasında 8 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsəində qərarlaşıb.
saytlarin hazirlanmasi