Əsgər Abdullayev "Neftçi"də

12:08 - 8 Oktyabr 2015

Müşahidə Şurasında yer alacaq

 

“Neftçi” PFK-nın MüşahidəŞurasının növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, iclas sabah - oktyabrın 9-da klubun inzibati binasında baş tutacaq.


Qeyd edək ki, Müşahidə Şurasının bu dəfəki iclası bir müddət öncə rəhmətə gedən Mübariz Zeynalovun yerinə başqa namizədin üzvlüyə qəbul olunması ilə bağlı olacaq. Beləki, vaxtilə paytaxt klubunun şərəfini qorumuş, millimizin sabiq üzvü və baş məşqçisi Əsgər Abdullayev "Neftçi"nin Müşahidə Şurasında yer alacaq. (Azerisport.com)

Xəbər xətti